BMT nümayəndələri Moskvada taxıl müqaviləsi üzərində işləyirlər

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan Moskvada səfərdədir...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik TASS Agentliyinə bildirib. BMT Baş katibinin müavini Martin Qriffits görüşlərdə onlayn olaraq iştirak edəcək.

“Dəfələrlə dediyimiz kimi, Baş katib həm Ukraynadan, həm də Rusiyadan qlobal ərzaq və gübrə bazarlarına maneəsiz çıxışı təmin etməyə sadiqdir. Rebeka Qrinspan və Martin Qriffits bu məqsədə çatmaq üçün məsləhətləşmələr aparırlar”, deyə Dujarrik bildirib.

Qeyd edək ki, Rusiya iyulun 18-də sazişin şərtlərinə əməl etmədiyini iddia edərək, taxıl sazişindən çıxıb. Moskva “Rosselxozbank”ı SWIFT-ə yenidən qoşmaqda və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışı qarşısındakı maneələri aradan qaldırmaqda israr edir.

Poliqon.info