Xırdalanda 43 yaşlı kişinin meyiti hamamdan tapılıb

Abşeron rayonunda 43 yaşlı kişinin hamam otağında meyiti tapılıb...

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

1980-ci il təvəllüdlü Tural Aslan oğlu Mustafazadənin meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırılma aparılır.

Poliqon.info