Ölən tələbələrin ailələri Türkiyəyə getdi

Türkiyə Respublikasının Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil bu gün səhər radələrində yol qəzasına düşüb
Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olmuş, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.Ölən şəxslərin yaxınlarından AzVision.az-a daxil olan məlumata görə, artıq tələbələrin ailələri cənazaləri Azərbaycana gətirmək üçün Türkiyəyə yola düşüblər.Eyni zamanda tələbələrin təhsil aldığı Uşak Dövlət Universitetində anım mərasimi təşkil edilib.