Kuleba açıqladı: İran Rusiyaya niyə silah verir?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, İran ətrafında gedən diplomatiok proseslərdə Tehran müxtəlif ölkələrlə münasibətlərdə əlverişli mövqedədir...

Poliqon xəbər verir ki, nazirin sözlərinə görə, İran Rusiyaya yalnız öz mənfəəti üçün kömək edir.

Kuleba Qərb mətbuatında Rusiyanın İranla raket və “Şahed”lərin tədarükü ilə bağlı danışıqlara başlaması ilə bağlı yayılan xəbərləri şərh edib.

"Sirr deyil ki, Rusiya İrandan raket istəyir. Qərb ölkələri bunun qarşısını almağa çalışır, ona görə də İran ətrafında çox aktiv diplomatik proseslər gedir", deyə Kuleba bildirib.

Nazir bu danışıqlarda kimin qalib gəldiyi sualına cavab verib: Rusiya, yoxsa Qərb?

"Vəziyyət qeyri-müəyyəndir. Həm Rusiya, həm də bizim üçün. İran burada əlverişli mövqedədir. Onlar hiss edirlər ki, əllərində müxtəlif oyunçularla münasibətlərdə işə yarayacaq aktivlər var", deyə Kuleba əlavə edib.

Nazirin sözlərinə görə, Tehran Moskvaya kömək edərkən ilk növbədə Rusiyanı yox, öz maraqlarını düşünür.

Qeyd edək ki, Britaniya kəşfiyyatı müharibə başlayandan sonra Rusiya ilə İran arasında dərinləşən tərəfdaşlıqdan danışıb. "Rusiyanın İranla tərəfdaşlığı son illərdə güclənib və Rusiyanın Ukraynaya müdaxiləsi ilə demək olar ki, sürətlənib. Beynəlxalq təcrid Rusiyanı diplomatik, iqtisadi və hərbi dəstək qazanmaq üçün xarici siyasət səylərini əvvəllər daha az arzuolunan tərəfdaşlıqlara yönəltməyə məcbur edib", deyə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Poliqon.info