İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib

İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib...

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Poliqon.info