İsrail HƏMAS hücumundan xəbər tutmamasına görə “Huawei”yi günahlandırıb

İsrail kəşfiyyatı HƏMAS-ın hücumuna gec reaksiya verdi, çünki Fələstin yaraqlıları Qərb və Qərbyönlü kəşfiyyat agentlikləri tərəfindən dinlənilməsi çətin olan “Huawei" avadanlıqlarından istifadə edir...

Poliqon xəbər verir ki, bu barədə “Al Bawaba” məlumat yayıb.

Nəşr yazır ki, fələstinlilərin "Huawei" cihazlarından istifadə etməsi, İsrail kəşfiyyatının uğursuzluğunu izah edən sosial şəbəkələrdə dominant nəzəriyyələrdən biridir.

“Görünür, HƏMAS liderləri Qərb kəşfiyyat agentliklərinin telefon dinləmələrinin qarşısını almaq üçün həqiqətən “Huawei" smartfonlarından istifadə ediblər. İndi aydın oldu ki, ABŞ niyə “Huawei”yə bu qədər nifrət edir. Məxfi məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) sızdırmaq istəmirsinizsə, sadəcə “Huawei” smartfonu alın!” deyə yazıda qeyd edilib.

Bunu keçmiş “Əl-Qaidə” üzvü, sonra isə Mİ6 agenti olan Amen Dean da təsdiqləyib. Onun sözlərinə görə, HƏMAS liderləri və yaraqlıları əsasən “Huawei” planşet və smartfonlarından istifadə edirlər:

“İsrailin təhlükəsizlik və kəşfiyyat xidmətləri ilə HƏMAS-ın cəsarətli işğal planlarından necə xəbər tuta bilmədiyini soruşan hər kəs bilsin ki, bu sualın qismən cavabı “Huawei”dir”, deyə Dean yazıb.

O, izah edib ki, “Google” və digər ABŞ İT nəhəngləri “Huawei” şirkətinə öz xidmətlərindən smartfon və planşetlərdə istifadə etməyi qadağan etdikdən sonra Çin şirkəti xarici proqramların analoqlarını hazırlayıb. Üstəlik, yeni xidmətlər Çin kəşfiyyat xidmətləri istisna olmaqla, hamı üçün haker hücumundan qorunur.

Poliqon.info