ABŞ əlavə olaraq Yaxın Şərqə 25 döyüş təyyarəsi yerləşdirəcək

ABŞ “İranın təcavüzünün” qarşısını almaq üçün Yaxın Şərqə daha çox döyüş təyyarəsi göndərəcək...

ABŞ Yaxın Şərqə təxminən 20-25 F-35 və F-15 döyüş təyyarəsi yerləşdirəcək.

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb. Mənbə bildirib ki məqsəd “İranın istənilən təcavüzünün və ya İsraildən kənarda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq”dır.

Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin daha əvvəl Yaxın Şərq regionunda F-35, F-15, F-16 və A-10 döyüş təyyarələrinin sayının artırılması barədə göstəriş verib. Qərar İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə fonunda verilib. Vaşinqton həmçinin Şərqi Aralıq dənizinə “çəkindirici mövqeni daha da gücləndirmək üçün” bir təyyarədaşıyan gəmi göndərdbi.

İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. HƏMAS silahlıları bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Yüzlərlə insan ölüb, minlərlə insan yaralanıb.

Poliqon.info