Ntanyahu israilliləri təmkinli olmağa çağırıb

İsrailin Baş naziri: Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir...
“Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir”.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabında yazıb.

İsrailin Baş naziri insanların təmkinli və ağıllı davranmalı olduğunu vurğulayıb:

“Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir. İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”.

Poliqon.info