Əyləc sistemi nasaz olan yük maşını qəza törədib, 6 nəfər ölüb

Türkiyənin Qazianntep vialyətində ağır yol qəzası olub...

APA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində altı nəfər ölüb, 17-si isə yaralanıb.

Toqquşmadan sonra yük maşını mokroavtobusa daha sonra isə başqa bir mini avtomobili ilə toqquşub.

Hadisəyə səbəb işıqforun qırmızı işığında dayanmaq istəyən yük maşınının əyləc sistemindəki nasazlıq olub.

Poliqon.info