Demokratların Ukraynaya dəstək planlarından məlum olub

ABŞ prezidenti Co Baydenin administrasiyası iki problemi həll etmək üçün ən “təmiz” üsul hazırlayır...

ABŞ Demokratik Partiyasının nümayəndələri ümid edirlər ki, əgər onlar Nümayəndələr Palatasının respublikaçılarına ölkə sərhədlərinin mühafizəsi ilə bağlı əhəmiyyətli nəsə təklif etsələr, Ukraynaya yardımı növbəti büdcə sazişinə daxil etmək üçün kifayət qədər dəstək əldə edə biləcəklər.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazır. Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası iki problemi həll etmək üçün ən “təmiz” üsul hazırlayır - Ukraynanın maliyyələşdirilməsi və ölkənin cənub sərhədlərinin qorunması. Qeyd olunur ki, respublikaçılar və demokratların getdikcə daha çoxu bu iki məsələni növbəti maliyyə sazişində əlaqələndirməyi təklif edir.

Demokrat senator Riçard Blumentalın fikrincə, iki məsələnin birləşdirilməsi Ukraynaya davamlı dəstəyin təmin edilməsinin yeganə yolu ola bilər.

Bununla belə, Politico qeyd edir ki, Ağ Ev, ən azı, açıq şəkildə, iki məsələnin mütləq əlaqəli olmasının gərəkli olduğuna israr etməyə davam edir.

Poliqon.info