Keniyada 100-dən çox qız iflic olub, məktəb bağlanıb - Naməlum xəstəlik

Keniyada qızlar məktəbinin 100-dən çox şagirdi müəmmalı xəstəlikdən sonra xəstəxanaya yerləşdirilib...

Poliqon bu barədə yerli “Star” nəşrinə istinadən xəbər verir.

Hadisə Keniyanın qərbində yerləşən Ereqi şəhərində qeydə alınıb. Nəşrin məlumatına görə, Təhsil Nazirliyi Müqəddəs Tereza Qızlar Orta Məktəbini bağlamaq qərarına gəlib. Bu, tələbələrin müəmmalı xəstəlik səbəbindən səhiyyə müəssisəsinə yerləşdirilməsindən sonra edilib.

Məlumata görə, naməlum xəstəlik qızların aşağı ətraflarını iflic edib, əksəriyyəti hərəkət edə bilmir. Son məlumatlar göstərir ki, minə yaxın məktəbli qız evə göndərilib, 106 qız isə xəstəxanaya aparılıb.

Dərslərdə yalnız 4-cü sinif şagirdləri iştirak edəcək, çünki onlar tezliklə imtahan verməlidir. Qalanları vəziyyət diqqətlə öyrəndikdən və lazımi tədbirlər gördükdən sonra təhsillərinə başlaya biləcəklər.

İhugu Xəstəxanasının tibb işçilərindən birinin dediyinə görə, ilkin laborator qan analizləri xəstələrdə elektrolit səviyyəsinin yüksəldiyini üzə çıxarıb. Bu o deməkdir ki, məktəbli qızların bədəni maye itirir.

Qızlardan alınan qan nümunələri mütəxəssislər tərəfindən əlavə araşdırmalar üçün Nayrobidəki tədqiqat institutuna göndərilib. Bu barədə Kakamenqa dairəsinin Təhsil, Elm və Texnologiya üzrə İcraiyyə Komitəsinin üzvü Bonface Okata danışıb.

Poliqon.info