Venesuelada Xuan Quaydonun həbsinə order verilib

Venesuela Baş Prokurorluğu müxalifət lideri Xuan Quaydonun həbsinə order verib...

Poliqon xəbər verir ki, bu barədə El Universal nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, Venesuela Baş Prokurorluğu dövlətə xəyanət, dövlət vəsaitindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunan müxalifət lideri Xuan Quaydonun həbsinə order verib. Baç prokuror Tarek Vilyam Saabın sözlərinə görə, cənab Quaydonun Venesuelaya vurduğu ziyan 20 milyard dollar qiymətləndirilir.

Baş prokurorun aydınlaşdırıb ki, ABŞ-dan alınan məlumatlara görə, PDVSA-nın (Venesuellanın dövlət neft-qaz şirkəti) bəzi xarici aktivlərinə nəzarət edən uydurma Xuan Quaydo hökumətinin işi zamanı Venesuela dövlətinə təxminən 20 milyard dollar ziyan dəyib. Buna görə də İnterpol tərəfindən Quaydo ilə bağlı qırmızı bildirişçıxarılıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarında kütləvi etirazlar fonunda Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Həmin ilin avqustunda o, hökumətinin yaradıldığını bildirib və ABŞ və əksər Avropa ölkələri tərəfindən bu hökümət tanınıb.

2022-ci ilin sonunda Venesuela müxalifət məclisi Xuan Quaydonun rəhbərlik etdiyi müvəqqəti hökumətin ləğvini təsdiqləyib. Aprel ayında məlum olub ki, müxalifət ABŞ-da bloklanmış Venesuela hesablarına girişi itirib. 2023-cü ilin aprelində Quaido beynəlxalq konfransda iştirak etmək üçün Kolumbiyaya gedib və təhdidlərə görə ordan ABŞ-a üz tutmaq məcburiyyətində qalıb.

Poliqon.info