Bayden və Si Tszinpin noyabrda görüş keçirməyi planlaşdırırlar

Ağ Ev ABŞ prezidenti Co Bayden və Çin lideri Si Tszinpin arasında mümkün görüş üçün hazırlıqlara başlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, görüş noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) forumunun sammitinin keçiriləcəyi San-Fransiskoda baş tuta bilər.

Adı açıqlanmayan ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Baydenin Çin lideri ilə görüşməyi səbirsizliklə gözlədiyini, lakin “hələ heç nə təsdiqlənmədiyini” söyləyib. Rəsmi iddia edir ki, Pekin də APEC çərçivəsində iki ölkə liderlərinin görüşünü keçirmək istəyini ifadə edib. Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməyib.

Qeyd edək ki, iyun ayında Çin Müdafiə Nazirliyinin rəhbəri Li Şanfuya qarşı sanksiyalara görə Çinin ABŞ-la hərbi dialoqdan imtina edib. Sentyabrda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin xarici işlər naziri Van İ ilə görüşüb.Onlar həmçinin Co Bayden və Si Tsinpin arasında mümkün görüşü müzakirə ediblər. Elə həmin ay ABŞ administrasiyası Çinin silahlı qüvvələrlə bağlı danışıqlara marağının əlamətlərini müşahidə etdiklərini bildirib.

Poliqon.info