Bakıda ana və 2 oğlu bıçaqlanıb

Bakının Xəzər rayonununda ana və 2 oğlu bıçaqlanıb...

"Report"un məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Kazımova Gözəl Hüseynağa qızını, oğlanları 29 yaşlı Kazımov İmanxan və 30 yaşlı Kazımov Hüseynağa Valeh oğlunu bıçaqlayıb.

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

Hadisənin təfərrüatı araşdırılır.

Poliqon.info