Zelenskinin həyat yoldaşı Nyu Yorkda 1 milyon dollardan çox pul xərcləyib

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya Nyu-York mağazalarında 1,1 milyon dollardan çox pul xərcləyib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Nation məlumat yayıb. Nəşrin məlumatına görə, “Cartier”in keçmiş əməkdaşı Ukraynanın birinci xanımının Nyu-York butiklərində pul xərcləməsi barədə məlumat verib. Onun sözlərinə görə, Zelenskaya Nyu Yorka rəsmi səfəri zamanı butiklərə baş çəkib. O, BMT Baş Assambleyasında çıxışı zamanı Qərbdən Ukrayna üçün silah və pul istəməsi ilə bağlı çıxış edib.

Xəbərdə qeyd olunur ki, Zelenskaya alış-veriş edərkən özünü kobud aparıb.

Qeyd edək ki, sentyabr ayında Yelena Zelenskaya əri, Ukrayna prezidenti Vladimir Zelenski ilə BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu Yorkda olub.

Poliqon.info