Kiyevdə Makkartinin istefasından narahatdırlar...

Ukrayna Makkartinin getməsinin ABŞ-ın yardımının kəsilməsinə səbəb olacağından qorxur...

Poliqin xəbər verir ki, bu barədə Politico nəşrinin məlumatında bildirilir. Nəşr yazır ki, Ukrayna rəsmiləri Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin istefası ilə əlaqədar Amerikanın Ukraynaya yardımının gələcəyindən narahatdırlar. Qeyd olunur ki, Ukrayna rəsmiləri şəxsi söhbətlərdə deyirlər ki, Makakrtinin istefasından sonra Vaşinqtondan Kiyevə dəstəyin həcmi xeyli azala bilər.

Politico qeyd edir ki, Kiyevin siyasi isteblişmenti Makkartinin istefasından “şoka düşdülər”. Onlar izah edirlər ki, indi Kiyevə maliyyənin ayrılması məsələsi dalana dirənib.

Nəşr Ali Radanın deputatı İvanna Klimpuş-Tsintsadzenin dəyərləmdirməsinə istinad edəərək yazır ki, Kiyevdə Kevin Makkartinin istefasını “fəlakət” adlandırırlar. Klimpuş-Tsintsadze etiraf edib ki, Ukrayna siyasi isteblişmenti hazırda Kiyevin ABŞ-dan davamlı maliyyələşməsindən son dərəcə narahatdır.

Politico-nun digər mənbələri isə bildiriblər ki, indi Amerikanın Ukraynaya maliyyə ayırmasının tamamilə dayandırılması və ya əhəmiyyətli dərəcədə azaldılması təhlükəsi həmişəkindən daha real olub.

Poliqon.info