Tramp: Aİ xərcləri artırana qədər ABŞ Ukraynaya yardımı dayandırmalıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı (Aİ) Ukraynaya yardım üçün xərcləri Amerika səviyyəsinə qədər artırana qədər Vaşinqton kiyevə maliyyə yardımını azaltmalıdır...

Poliqon xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb. Tramp bildirib ki, ABŞ Kiyevi dəstəkləmək üçün Aİ-dən artıq pul xərcləməməlidir.

“Nə üçün vicdansız Co Bayden Avropanı ödənişlərdə ABŞ-dan geri qaldığı Ukraynaya 175 milyard dollar köçürməyə məcbur etmir? Niyə biz bərabərlik, dolların dollara bərabər olmasında israr etmirik?”, deyə ABŞ-ın keçmiş prezidenti vurğulayıb. Tramp əmindir ki, indi Avropa İttifaqı Kiyevə dəstək xərclərini kökündən artırana və bu göstəricidə ABŞ-la eyni səviyyəyə çatana qədər Amerika hakimiyyəti “heç bir halda bir dollar da xərcləməməlidir”.

Tramp hesab edir ki, Ukraynadakı hərbi münaqişəyə sülh danışıqları yolu ilə tezliklə son qoyulmalıdır, lakin ABŞ-ın indiki administrasiyası belə ssenaridə maraqlı deyil.

Poliqon.info