ABŞ-da baş verən qar fırtınası nəticəsində azı 15 nəfər ölüb

ABŞ-da baş verən qar fırtınası nəticəsində azı 15 nəfər ölüb...

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Belə ki, ölüm hadisələri Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında kəskin hava şəraiti nəticəsində baş verən yol-nəqliyyat hadisələri nəticəsində qeydə alınıb.

Kanada ilə həmsərhəd olan Nyu-Yorkun Eri qraflığında iki nəfər qar yağışı səbəbindən həkimlərin onlara vaxtında çata bilmədiyi üçün dünyasını dəyişib.

Bazar gününə qədər ştatların ərazilərində rekord yağış yağacağı və küləyin sürəti 33 mil/saata çatacağı gözlənilir.

Poliqon.info