Azərbaycan millisi “Qarabağ”ın stadionunda oynayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib...

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, U-21-in oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev matçları öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq.

Qərara əsasən, Samir Əliyevin baş məşqçi olduğu komanda rəqiblərini “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Poliqon.info