Perinçek: PKK ABŞ-ın icazəsi olmadan terrora cəhd edə bilməzdi

PKK ABŞ-ın icazəsi olmadan Ankaranın mərkəzində terror aktına cəhd edə bilməzdi...

Poliqon xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək deyib.

Perinçək türk polisinin sayıqlığını, qəhrəmanlığını və vəzifə hissini qeyd edib. O, hücumu “terrorçular üçün tam məyusluq və fəlakət” adlandırıb.

“Məqsəd nə idi və kim həyata keçirdi? ABŞ düyməni basmadan PKK belə bir addım ata bilməz. PKK ölkə daxilində təmizlənir. Düşünürəm ki, bu əmr ABŞ-dan gəlib”, deyə partiya lideri əlavə edib.

Perinçəkin sözlərinə görə, ABŞ Türkiyənin PKK-ya qarşı əməliyyat keçirdiyi Suriyanın şimalında bəzi hadisələrə görə yenidən terroru təhrik edə biləcəyini açıq şəkildə bildirir.

Oktyabrın 1-də Ankarada Türkiyə parlamentinin və Daxili İşlər Nazirliyinin binaları yaxınlığında terror aktı törədilib. Səhər saatlarında içərisində terrorçuların olduğu avtomobil Daxili İşlər Nazirliyinin binasına yaxınlaşıb. Terrorçulardan biri özünü partladıb. İkincisi polislə atışmaya girib və zərərəsizləşdirilib. hadisə zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Hadisədən sonra ABŞ Dövlət Katibi entoni Blinken terror aktını pisləyib.

Poliqon.info