Şolts və partiyası Bavariya və Hessendəki seçkiləri uduza bilər

Almaniya kansleri Olaf Şolz və rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) ölkənin iki mühüm bölgəsində keçiriləcək seçkilərdə tarixi fiasko ilə üzləşə bilər...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 8-də 19 milyon insanın yaşadığı Bavariya və Hessen federal əyalətlərində yerli seçkilər keçiriləcək. Telekanalın qeyd etdiyi kimi, sorğular Şoltsun partiyası üçün “ikiqat fiasko” və “əsl məğlubiyyət” proqnozlaşdırır.

SPD-nin Bavariyada beşinci, Hessendə dördüncü yeri tuta biləcəyi ilə bağlı proqnozlar var. Eyni zamanda, Şoltsun partiyasını təkcə müxalifət bloku ХДС/ХСС deyil, həm də Yaşıllar və Almaniya üçün sağçı Alternativ Partiyası da(ADG) keçə bilər.

N-TV qeyd edir ki, oktyabrın 8-i axşam Şolts üçün Almaniya kansleri olduğu müddətdə ən pis gün ola bilər. Telekanala görə SPD-nin seçkilərdə məğlub olduğunu Şolts və onun “svetofor” koalisiya hökuməti ilə bağlı sorğuların nəticələrinə əsasən söyləmək olar. Bu sorğulara görə, almanların 79%-i hazırkı hakimiyyətin işindən narazıdır.

Poliqon.info