Xoşbəxt Yusifzadə dəfn edilib - Yenilənib

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib...  

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib.

“Report”un xəbərinə görə, mərhumun nəşi Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərhum dəfn olunmaq üçün Fəxri xiyabana aparılır.

***

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başlayır.

APA xəbər verir ki, mərasim Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

Mərasimə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

***

Məlumata görə, geoloq bu gün saat 12:00-da Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Poliqon.info