Yaşar Güler: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində daima yanlarında olacağıq”

“İki dövlət, bir millət” anlayışı ilə həm kədərli, həm də sevincli günlərdə əziz azərbaycanlı qardaşlarımızın daim yanlarında olacaq, haqlı mübarizələrinə dəstək verəcəyik”...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler bildirib.

O, Azərbaycanı Qarabağda keçirdiyi uğurlu antiterror tədbirləri münasibəti ilə təbrik edərək, Türkiyənin regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərdiyini vurğulayıb:

“Eynilə biz Liviya, Qətər, Somali, Kosova, Bosniya və Herseqovina və bir çox başqa regionlarda olan qardaş, dost və müttəfiq ölkələri dəstəkləyir, beynəlxalq sülh və sabitliyə töhfə veririk”.Y.Güler, həmçinin terrorla mübarizənin ən son terrorçunun məhv edilməsinə qədər davam edəcəyini də əlavə edib:

“Terrorla daha effektiv mübarizə aparmaq, sərhəd təhlükəsizliyini təmin etmək və qaçaqmalçılığın qarşısını almaq üçün sərhədlərimiz çoxmərhələli təhlükəsizlik sistemlərimizlə qorunur”.

Poliqon.info