Polşanın müdafiə naziri: Avropa İttifaqı intihar edir

Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Avropa İttifaqının miqrasiya siyasətini tənqid edib və miqrasiya paktı ilə ittifaqın “intihar etmək” niyyətində olduğu bildirib...

Poliqon xəbər verir ki, o, bu fikri Polşa radiosunun efirində səsləndirib.

Onun fikrincə, Aİ-də miqrasiya siyasəti onun elitaları tərəfindən həyata keçirilir və sosial mühəndislik, həmçinin Avropada təkamülün və əhalinin yerdəyişməsinin növbəti mərhələsini yenidən qurmaq cəhdi ilə əlaqələndirilir.

Blaşçakın sözlərinə görə, bir çox miqrantlar Avropa cəmiyyətinə inteqrasiya etmək istəmir və öz nizamlarını Avropaya tətbiq etmək istəyirlər. Bu da son dərəcə təhlükəlidir.

“Bu intihardır. Biz bu intihara qatılmaq istəmirik”, deyə Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib.

O əlavə edib ki, Polşadakı seçkilərdə hazırkı hakim partiya hakimiyyətdə qalarsa, ölkə bu məsələdə sərt mövqedə qalacaq.

Poliqon.info