Rusiya sülhməramlılarının Azərbaycanda qalmasına ehtiyac və ya səbəb varmı?

Son baş verən proseslərdən sonra Rusiya sülhməramlılarının səlahiyyət müddəti məsələsi yenidən aktuallaşıb...

Politoloq: “Yaxın gələcəkdə Azərbaycanın tam şəkildə nəzarəti həyata keçirməsindən sonra sülhməramlıların Qarabağda qalması o qədər də məqsədə uyğun hesab edilməyə bilər”.

““Zəngəzur dəhlizi”nin açılması tamam başqa bir anlayışdır. Ermənistanın həmin ərazilərində Rusiya sərhəd qoşunlarının nümayəndələrinin prosesi həyata keçirməsi mümkün ola bilər”.

Bu sözləri politoloq Samir Hümbətov rus sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Xankəndi və ətraf ərazilərdə daxil olmaqla bütün torpaqlarında nəzarəti bərpa etdikdən sonra Rusiya sülhməramlılarının səlahiyyət müddəti məsələsi yenidən aktuallaşdı. Bəzi ekspertlər iddia edirlər ki, hazırda sülhməramlıların Qarabağda qalması üçün səbəb yoxdur. Bəziləri isə sülhməramlıların səlahiyyət müddətinin uzadılmasını “Zəngəzur dəhlizi” ilə bağlı olaraq vacib hesab edirlər.

Bəs indiki şəraitdə Rusiya sülhməramlılarının Azərbaycanda qalmasına ehtiyac varmı?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər Azərbaycan reinteqrasiya prosesini həyata keçirirsə və orada yaşayan ermənilərin reinteqrasiyası prosesi həyata keçirsə, rus sülhməramlıların Qarabağda qalmasına ehtiyac qalmır”.

Azərbaycan dövlətinin qərarından sonra sülhməramlıların Qarabağdan çıxarılmasının həyata keçirilə biləcəyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, faktiki olaraq 2025-ci ilə qədər Rusiya sülhmərmlılarının Qarabağda qalma müddəti var:

“Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti 2025-ci ildə başa çatır və Azərbaycan artıq digər ərazilərdə də nəzarət funksiyasını həyata keçirməyə başlayıb. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanın tam şəkildə nəzarəti həyata keçirməsindən sonra sülhməramlıların Qarabağda qalması o qədər də məqsədə uyğun hesab edilməyə bilər. Azərbaycan dövlətinin qərarından sonra sülhməramlıların Qarabağdan çıxarılması həyata keçirilə bilər. Amma faktiki olaraq 2025-ci ilə qədər onların Qarabağda qalma müddəti var. Əgər Azərbaycan reinteqrasiya prosesini həyata keçirirsə və orada yaşayan ermənilərin reinteqrasiyası prosesi həyata keçirsə, rus sülhməramlıların Qarabağda qalmasına ehtiyac qalmır.

“Zəngəzur dəhlizi”nin açılması tamam başqa bir anlayışdır. Ermənistanın həmin ərazilərində Rusiya sərhəd qoşunlarının nümayəndələrinin prosesi həyata keçirməsi mümkün ola bilər. Bu da təbii ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi açılacaqsa, bu proses həyata keçirilə bilər. Bu da Ermənistanla Rusiya arasına düşən öhdəlikdir.

Bu baxımdan hesab edirəm ki, bizim indiki əsas məqsədimiz reinteqrasiya prosesini surətləndirmək, 2025-ci ildə rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması prosesinə nail olmaqdır”.

Nərminə UMUDLU Poliqon.info