Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir

Türkiyə sərhədinə 16 kilometr yaxınlıqda yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Buna səbəb stansiyanın istismar müddətinin bitdiyi üçün yaratdığı risklərdir.

Qeyd olunub ki, müraciətdə Metsamor Atom Elektrik Stansiyasına Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nəzarət edildiyi xatırladılıb.

Poliqon.info