Qarabağın erməni sakinləri Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin işinə cəlb oluna bilər

Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.

Poliqon.info