Ərdoğan qazaxıstanlı həmkarı ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Bundan əlavə, hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə toplantısının gündəliyinə daxil ola biləcək məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Poliqon.info