Xırdalanda kişi arvadını odlu silahla qətlə yetirib, daha sonra intihar edib

Oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.

Poliqon.info