ABŞ-da Ukrayna üçün “Lend-Liz” qanununun müddəti başa çatıb

ABŞ-da Ukrayna üçün onsuz da işlək olmayan “Lend-Liz” qanunu öz fəaliyyətini dayandırıb...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.

Söhbət 2023-cü maliyyə ilinin sonuna qədər Ukraynaya limitsiz hərbi yardım üçün hazırlanmış proqramdan gedir.Bu qanun bir ABŞ prezidentinə lazımi hüquqi və kommersiya prosedurları olmadan Ukraynaya silah tədarük etmək hüququ verirdi.

Lakin reallıqda, bu qanun heç vaxt fəaliyyətə başlamadı, çünki Vaşinqton artıq heç bir ödəniş və ya şərt olmadan Kiyevə silah verirdi. Yəni faktiki olaraq son bir ildə bu qanuna ehtiyac duyulmadı.

Poliqon.info