Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlanıb

Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Baş prokuror bildirib ki, qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır: “Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir”.

Poliqon.info