Şəhid Vüsal Orucov Qusarda dəfn edilib - Yenilənib ,Foto

Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib...

Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu Qusar rayonunda dəfn olunub.

"Report"un Şimal bürosu xəbər verir ki, şəhid Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.

Şəhidin tabutuna sarılmış üçrəngli bayrağı V.Orucovun atasına təqdim olunub.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

***

Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu ilə vida mərasimi başa çatıb.

“Report”un Şimal bürosu xəbər verir ki, mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Qusar rayon Suvacal kənd məzarlığına aparılır.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

***

APA-nın şimal bürosu xəbər verir ki, hazırda şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir.

2005-ci il təvəllüdlü Vüsal Orucov 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.

Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Poliqon.info