Baş Prokurorluğun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar...

Poliqon xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.

Xatırladaq ki, 1998-ci il 17 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin sərəncamına əsasən, hər il 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Poliqon.info