Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.

Poliqon.info qafqazinfo-ya istinadən xəbər verir ki, 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.

Həmin anın videosunu təqdim edirik:

Poliqon.info