Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib

2022-ci ilin oktyabrın 19-da təməli qoyulan Cəbrayıl Elektrik Şəbəsi Rəqəmsal İdarəetmə Mərkəzi sentyabrın 28-də istifadəyə verilib...

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib ki, Rəqəmsal İdarəetmə Mərkəzi ümumilikdə Cəbrayıl şəhərinin təlabatına uyğun olaraq fəaliyyət göstərəcək:

"Tələbata uyğun olaraq biz yeni güc mərkəzləri də yaradacağıq. Rəqəmsal İdarəetmə Mərkəzi ilə bağlı bir məqamı da qeyd edim ki, ənənəvi yerüstü dayaqlar və xətlər olmayacaq. Şəhərin baş planına uyğun olaraq tamamilə yeraltı, izolyasiyalı müasir naqillər vasitəsilə proses həyata keçiriləcək. Bundan başqa rəqəmsal mərkəz ətraf rayonlarla Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut dairəvi sxem əsasında fəaliyyət göstərəcək. Burada abonent qəbul şöbəsi də var. Əməkdaşların normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb".

Poliqon.info