FHN: "Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri bitib, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıb" - Video

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Poliqon.info