Rumıniya hava hücumundan müdafiə sistemlərini sərhədə yerləşdirir

Rumıniya hava hücumundan müdafiə (hava hücumundan müdafiə) sistemlərini pilotsuz təyyarə insidentindən sonra Dunayda Ukrayna ilə həmsərhəd kəndlərinə yaxınlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Mətndə sərhəd bölgələrində də hərbi patrulların və müşahidə məntəqələrinin gücləndirildiyi qeyd edilir.

“Tədbirlər, əlavə dörd ABŞ F-16 qırıcısının yerləşdirilməsi və uçuşa qadağa zonasının genişləndirilməsi ilə yanaşı, Rumıniyada və daha geniş NATO ittifaqında Ukraynadakı müharibənin ölkə ərazisinə sıçramasına dair artan narahatlığın əlamətidir”, deyə nəşr yazır.

Sentyabrda Rumıniyanın müdafiə naziri Anxel Tilvar ölkədə Rusiyaya məxsus pilotsuz uçan aparatların qalıqlarının tapıldığını açıqlamışdı. Nazirin sözlərinə görə, PUA qalıqları sentyabrın 5-də axşam saatlarında Ukrayna limanlarında partlayışların baş verməsi ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna ilə sərhəddə yerləşən Plauru bölgəsində, Tulça qraflığında tapılıb. Dronların əhali üçün təhlükə yaratmadığı qeyd edilir.

Poliqon.info