Lütfi Zadənin şərəfinə Məntiq olimpiadası keçirildi - Fotolar

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və "ELM” ictimai birliyinin təşkilatçılığı ilə Dünya şöhrətli alim Lütfi Zadənin şərəfinə təşkil edilmiş "Lütfi Zadə Qeyri-səlis məntiq nəzəriyyəsinin gənc riyaziyyatçılara aşılanması” adlı Məntiq olimpiadasında növbəti mərhələ keçirilib...

Valyuta.az xəbər verir ki, layihə zamanı riyazi bilikləri güclü olan və Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsi ilə maraqlanan 100-ə yaxın gənc iştirak edib.3 ay müddətində davam edən layihə zamanı müxtəlif məkanlarda tədbirlər keçirilib.

"ELM” Gənclərin Sosial-İntellektual inkişafına dəstək İctimai birliyinin sədri Səbuhi Abdullayev öncə Lütfi Zadənin doğma yurduna necə bağlı, vətənini və millətini sevən bir dahi olduğunu deyib. Daha sonra layihə haqda məlumat verilib, təlim keçirilib.

Bakı Dövlət Universitetinin də tərəfdaşlığı ilə keçirilən tələbələr arasındakı bu turda Ümumi göstəricisi yüksək olanlar biliklərini sınadılar."Master Academy" elm və təhsil mərkəzində yeniyetmə və gənclər arasında seçim turları baş tutub. İştirakçılara sertifikatlar təqdim edilib.

##galery##

Poliqon.info