Ukrayna Aİ-yə tamhüquqlu üzv olmaq istəyir, alternativ variantla razı deyil

Kiyev Avropa İttifaqına tamhüquqlu üzvlüyünə ümid edir və Qərb müttəfiqlərinin təklif etdiyi alternativləri nəzərdən keçirmir...

Poliqon xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal “Politico”ya deyib.

Nəşrin yazdığına görə, alternativ variantı Ukraynanın Avropa İttifaqına tədricən inteqrasiyasına ümid edən Fransa və Almaniya təklif edir.

“Biz Ukraynanın Avropa İttifaqının tamhüquqlu üzvü olmasını təmin etmək üçün hər cür səy göstəririk. Bu, bütün ukraynalılar üçün həlledici əhəmiyyət kəsb edir”, deyə Şmıqal bildirib. Onun sözlərinə görə, Ukrayna yaxın iki il ərzində Aİ-yə daxil ola bilər.

2022-ci il fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Avropa İttifaqına üzv olmaq niyyətini rəsmən bəyan edib. Həmin ilin iyununda Avropa İttifaqı dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukraynaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varhelyi bu ilin iyununda qeyd edib ki, Ukrayna daxil olmaq üçün yeddi şərtdən yalnız ikisini yerinə yetirib - Ali Ədliyyə Şurası və Hakimlərin Yüksək İxtisas Komissiyasında islahatlar aparıb, həmçinin KİV haqqında qanun qəbul edib. "Bloomberg"in məlumatına görə, Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara oktyabrda başlamağı tövsiyə etmək niyyətindədir.

Poliqon.info