Amerika erməniləri Baydenə səs verməyəcəklər

Amerika prezidenti Cozef Bayden ABŞ-da yaşayan erməniləri məyus edib...

Poliqon xəbər verir ki, bunu ABŞ-da nəşr olunan “The California Courier” qəzetinin redaktoru Harut Sasunyan bildirib.

“Mən də daxil olmaqla ABŞ-da yaşayan ermənilərinhamısı ABŞ hökumətindən hədsiz məyusdur. Bayden seçkilərdə erməni icmasının səslərini itirəcək”, deyə Sasunyan qeyd edib.

A.Sasunyan hesab edir ki, Vaşinqton ermənilərə böyük yardım göstərməli idi.

“Biz hamıdan xoş sözlər eşitməkdən bezmişik. Mən bütün həyatım boyu Baydeni dəstəkləmişəm, lakin indi ABŞ-ın bütün erməni icması ondan məyus olub. Əminəm ki, Bayden keçən dəfəki qədər erməni səsini almayacaq”, deyə Sasunyan bildirib.

Lakin ermənilərin başqa seçim etmək imkanları da yoxdur. Sasunyan hesab edir ki, Baydenin rəqibi Trampın namizədliyi erməni maraqları üçün daha pisdir.

“Beləliklə, seçim pis və daha pis arasındadır”, deyə “The California Courier” nəşrinin redaktoru qeyd edib.

Poliqon.info