Britaniya kəşfiyyatı: "Vaqner" döyüşçüləri Ukraynaya qayıdır

Əvvəllər "Vaqner" ilə əlaqəli olan silahlıların müxtəlif rus bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün fərdi və kiçik qruplar şəklində Ukraynaya yerləşdirilməsi prosesi başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, yerdəyişmə aparan heyətin dəqiq statusu bəlli deyil.

"Çox güman ki, bu şəxslər Rusiya Müdafiə Nazirliyinin rəsmi qüvvələrinin bölmələrinə və digər özəl şirkətlərə köçürülüb", deyə Britaniya kəşfiyyat rəsmiləri qeyd edirlər.

Qeyd olunur ki, "Vaqner" yaraqlıları 2023-cü il iyunun əvvəlində, iyunun 24-də baş vermiş uğursuz qiyamdan və 23 avqustda bu təşkilatın lideri Yevgeni Priqojin və digər yüksək rütbəli liderlərin təyyarə qəzasında həlak olmasından əvvəl Ukraynadakı döyüş əməliyyatlarından geri çəkilib.

Britaniya kəşfiyyatı əlavə edir ki, “Vaqner" qüvvələri Donetsk vilayətinin Baxmut ətrafında cəmləşib:

"Onların təcrübəsinə çox güman ki, bu sektorda xüsusilə tələbat olacaq. Onların bir çoxu cari cəbhə xəttləri və Ukraynanın yerli taktikaları ilə tanışdır, ötən qış eyni ərazidə döyüşüb".

Poliqon.info