Dörd gün ərzində təxminən 90 min erməninin Laçın buraxılış məntəqəsindən keçməsi nə qədər realdır?

Bu gün səhər saatlarında Ermənistanın hökümətinin açıqladığı statistikaya görə son 4 770 erməni Qarabağı tərk edib...

Siyasi-şərhçi: “Görünən odur ki, Qarabağda 120 min əhalinin olması ilə bağlı mifi doğrultmaq üçün Ermənistan tərəfi rəqəmləri şişirtməklə məşğuldur”.

“Bu qədər insanın 3 gündən bir qədər artıq zaman çərçivəsində Laçın sərhəd keçid məntəqəsindən keçməsi fiziki olaraq mümkün deyil və Ermənistan hökümətinin açıqladığı bu rəqəmlər heç də reallığı əks etdirmir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Qarabağı tərk edən ermənilərin sayını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan höküməti davamlı olaraq Qarabağı tərk edən ermənilərin sayını açıqlayır. Ən son açıqlamaya görə bu rəqəm 84 770 göstərilir. Ermənistan hökümətinin açıqladığı bu rəqəmləri necə dəyərləndirmək olar? Cəmi üç sutka yarım bir zamanda təqribən 90 min erməninin Laçın buraxılış məntəqəsindən keçməsi fiziki cəhətdən mümkündür?

Qeyd edək ki, son illər erməni tərəfi israrla Qarabağda 120 000 ermənin yaşadığını bildirirdi. Azərbaycan tərəfi isə bu rəqəmlə heç vaxt razılaşmayıb. Bəs hazırda Qarabağı tərk edən ermənilərlə bağlı rəqəmləri Ermənistan höküməti nə qədər saxtalaşdıra bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bu saxtalaşdırma ilə Ermənistan höküməti gələcəkdə Azərbaycana qarşı olan fəaliyyətlərdə məhz 120 min rəqəmindən istifadə etmək məqsədi güdür”.

Qarabağı tərk edən ermənilərin sayının birinci 20 min deyildiyini xatırladan ekspert bildirib ki, sonra rəqəm birdən birə yüksəldi 40 min oldu:

“Görünən odur ki, Qarabağda 120 min əhalinin olması ilə bağlı mifi doğrultmaq üçün Ermənistan tərəfi rəqəmləri şişirtməklə məşğuldur. Çünki bu qədər insanın 3 gündən bir qədər artıq zaman çərçivəsində Laçın sərhəd keçid məntəqəsindən keçməsi fiziki olaraq mümkün deyil və Ermənistan hökümətinin açıqladığı bu rəqəmlər heç də reallığı əks etdirmir. Qarabağı tərk edən ermənilərin sayı ilk olaraq 20 min olaraq göstərildi və sonra rəqəm birdən birə yüksəldi 40 min oldu. Əgər həmin günlərdə reallığı əks etdirən rəqəmlərə etibar edirdiksə, indi deyə bilərik ki, 20 min rəqəmindən sonra saxtalaşdırılma başlanıldı.

Eyni zamanda Paşinyan hakimiyyəti Qarabağdan Ermənistana keçən erməniləri fərqli vilayətlərə yerləşdirirlər. Bunu da üç məqsədə görə edirlər:

Birincisi, 120 min mifinin üstünün açılmamsı və söylədilkəri yalanların üzə çıxmamması məqsədi ilə bunu edirlər;

İkincisi, xaricdən gələn yardımların miqyasını artırmaq istəyirlər;

Üçüncüsü də, gələcəkdə Azərbaycana qarşı olan fəaliyyətlərdə məhz 120 min rəqəmindən istifadə etmək məqsədi güdürlər.

Yəni bu saxtalaşdırma ilə Ermənistan höküməti gələcəkdə Azərbaycana qarşı olan fəaliyyətlərdə məhz 120 min rəqəmindən istifadə etmək məqsədi güdür.

Yəqin ki, Azərbaycan höküməti də Qarabağdan köç edən ermənilərin dəqiq statistikasını aparır və güman edirəm ki, bu dəqiq rəqəmlər danılmaz faktlarla ictimaiyyətə, o cümlədən beynəlxalq ictimaiyyətə təqdim ediləcək”.

Nərminə UMUDLU Poliqon.info