Rus şirkəti Çin və Azərbaycana elektrik enerjisinin tədarükünü dayandıra bilər

Pekin oktyabrın 1-dən tətbiq edilən ixrac rüsumunun məbləği qədər resursların alış qiymətini artırmağa razı olmasa, Rusiyanın ən böyük enerji holdinqi “İnter RAO” Çinə elektrik enerjisinin verilməsini dayandıra bilər...

Poliqon xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə şirkətin nümayəndəsi Aleksandra Panina məlumat verib.

“İnter RAO” oktyabrın 1-dən ixrac rüsumlarının tətbiqi ilə əlaqədar Aİİ-dən kənar ölkələrə elektrik enerjisi satışının qiymətini artırmaq niyyətindədir", deyə şirkət rəsmisi bildirib.

Paninanın sözlərinə görə, şirkət artıq Çin, Monqolustan və Azərbaycana 7% qiymət artımı barədə məlumat verib. Yeni şərtlərlə razılığın təsdiqlənməsi sentyabrın 30-dan əvvəl alınmazsa, “İnter RAO” məhdudiyyətlər tətbiq etməyə başlayacaq və ya əvvəlki həcmləri tamamilə kəsəcək.

Enerji şirkətinin nümayəndəsi onu da bildirib ki, gələcəkdə qiymət artımı Gürcüstan və Türkiyəyə təsir edə bilər, lakin oktyabrda orada tədarük nəzərdə tutulmur.

Sentyabrın 21-də hökumət 2023-cü il oktyabrın 1-dən 2024-cü il dekabrın 31-dək Aİİ-dən kənarda tədarük edilən mallara 4-7% həcmində ixrac rüsumunun tətbiq edilməsi haqqında fərman dərc edib. Xüsusilə, neft və qaz rüsumuna tabe deyil.

Poliqon.info