Stoltenberq: Ukrayna alyansa qoşulmağa həmişəkindən daha yaxındır

NATO-nun Baş katibi alyansla Ukrayna arasında daha çox yaxınlaşma olduğunu açıqlayıb...

Ukrayna NATO-ya qoşulmağa həmişəkindən daha yaxındır.

Poliqon xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın saytında bildirib.

“Mən sonuncu dəfə aprel ayındaUkraybnada olanda biz NATO-nun Vilnüs sammitinə hazırlığımızı müzakirə etdik. Ukrayna NATO-nun 31 müttəfiqi və bir çox tərəfdaşından güclü dəstək alır. Ümumilikdə 50-dən çox ölkəKiyevi Ukrayna Müdafiə Əlaqə Qrupu vasitəsilə dəstəkləyir və təchiz edir”, deyə Stoltenber q bildirib.

Baş katibin sözlərinə görə, blok ölkələri Ukraynanın üzvlüyünü yaxınlaşdırmaq üçün üç tarixi qərar qəbul ediblər. Xüsusiləson sammitdə Kiyevin NATO-ya gedən yolunu iki pillədən bir pilləyə qısaldıb, Üzvlük Fəaliyyət Planının həyata keçirilməsi tələbini aradan qaldırıb.

Bundan əlavə, Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Ukrayna qüvvələrinin gələcək müttəfiqləri ilə tam uyğunluğunu təmin edəcək proqram üzrə razılığa gəlib. NATO həm də NATO-Ukrayna Şurası yaratmaqla Kiyevlə siyasi əlaqələri görünməmiş səviyyəyə yüksəldib.

Poliqon.info