Bayden: “Hazırda ABŞ-də təhlükəli şeylər baş verir”

ABŞ Prezidenti Co Bayden Donald Trampı və onun tərəfdarlarının təsis etdiyi “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatını demokratiya üçün təhlükə adlandırıb...

O bu barədə Arizonada çıxışı zamanı bəyan edib.

“Hazırda ABŞ-də təhlükəli şeylər baş verir. Demokratiyamızın əsas prinsiplərini bölüşməyən MAGA adlı bir hərəkat mövcuddur”, - deyə C.Bayden vurğulayıb.

C.Bayden bir qədər də irəli gedərək vurğulayıb ki, hazırkı Respublikaçılar Partiyası MAGA hərəkatının prinsiplərini rəhbər tutur.

“Əgər onların ideyaları həyata keçərsə, ABŞ-nin demokratiya təsisatları köklü şəkildə dəyişikliyə məruz qalacaq”, - deyə C.Bayden bildirib.

Poliqon.info