Kiçik Kennedi Ukraynadakı münaqişəni 100 günə bitirəcəyinə söz verib

ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi Ukraynadakı münaqişəyə 100 gün ərzində son qoyacağına söz verib...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

"Prezident kimi fəaliyyətə başladıqdan sonra yüz gün ərzində bu müharibə başa çatacaq, deyə Kennedi deyib. O, münaqişənin “hər kəsin gözlədiyindən daha yaxşı şərtlərlə başa çatacağına” əminliyini də ifadə edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoyacağına söz vermişdi. O, Ukraynada sülhü “qələbə və ya məğlubiyyət kateqoriyalarında” deyil, “qətnamə kateqoriyalarında” düşündüyünü bildirib. Bunu dəqiq necə etməyi planlaşdırdığı barədə danışan Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşəcəyini bildirib.

Polion.info