Xaçmazda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Xaçmaz rayonunun Çarxı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

“Report”un Şimal bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarına aşıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakinləri - 1999-cu il təvəllüdlü Zeynalov Rəhman Qüvvət oğlu, 1998-ci il təvəllüdlü Zeynalova Şəhanə Qüvvət qızı, 1990-cı il təvəllüdlü Əliyeva Sevinc Asif qızı və 2000-ci il təvəllüdlü Mərdanov Gülbala Tofiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info