Putin Kremldə Kadırovla görüşüb

Rusiya prezidenti Valadimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb...

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, Rusiya prezidenti Kadırovu Çeçenistan iqtisadiyyatındakı vəziyyəti müzakirə etməyə dəvət edib və ümumilikdə Çeçnistanda vəziyyətin müsbət olduğunu qeyd edib.

Bundan əlavə, Putin Çeçenistan rəhbərindən xüsusi hərbi əməliyyatın iştirakçılarına ən xoş arzularını çatdırmağı xahiş edib. Prezident vurğulayıb ki, yerli komandirlər Çeçenistandann gələn döyüşçülərə arxayındırlar və onları ruhdan salmayacaqlarına inanırlar.

Öz növbəsində Kadırov Putini əmin edib ki, hərbçilərin əhval-ruhiyyəsi yaxşıdır və onların bütün problemləri həll olunur.

Qeyd edək ki, uzun müddətfir ki, Çeçenistan lideri Ramzan Kadırovun ağır xəstə olması ilə bağlı məlumatlar yayılırdı.

Poliqon.info