Tusk Polşanın Avropa İttifaqından çıxacağını proqnozlaşdırıb

Polşa müxalifətinin lideri, Avropa Şurasının keçmiş rəhbəri Donald Tusk Polşanın növbəti seçkilərdə hakimiyyət dəyişikliyi olmadan Avropa İttifaqından çıxacağını proqnozlaşdırıb.

Poliqon xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Oktyabrın 15-də ya PiS-i (Polşanın hakim Hüquq və Ədalət partiyası) hakimiyyətdən geri çəkəcəyik, ya da PiS bizi Avropa İttifaqından geri çəkəcək”, deyə Tusk bildirib.

Qeyd edək ki, Polşadakı seçkilər öncəsi hakim Qanun və Ədalət (PiS) partiyası Ukrayna ilə mübahisələrə görə seçicilərin dəstəyini itirmək və başqa problemlərlə üzləşmək riski daşıyır. Rəy sorğuları göstərdi ki, Ukraynaya dəstək güclü olaraq qalır və polyakların təxminən dörddə üçü qaçqınları qəbul etməyə hazırdır.

Poliqon.info