Separatçı qurum özünü buraxmaq haqqında qərar verib

2024-cü il yanvarın 1-əqədər separatçı qurum mövcudluğunu dayandıracaq...

Qarabağdakı separatçı rejimin rəhbəri Samvel Şahramanyan gələn ilin yanvarın 1-ə qədər “DQR”in buraxıldığını elan edib.

Poliqon erməni telegqram kanallarına əsasən xəbər verir ki, Samvel Şahramanyan 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” imzalayıb və bu kağız parçasına görə yanvarın 1-ə qədər “DQR” mövcud olmayacaq.

Separatçı qurumun rəhbərinin imzaladığı kağız parçasına görə, Qarabağdakı erməni xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi Azərbaycan Respublikasının üzərinə düşür

Poliqon.info